...Həkim Aleksandr Myasnikov Telegram kanalında altmış yaşdan yuxarı insanların sağlamlığını qorumaq və ömür uzunluğunu artırmaq barədə məsləhətlərini paylaşıb.
SİA xəbər verir ki, həkimin sözlərinə görə, çəki idarəçiliyi əsas amildir. O, vurğulayıb ki, bədən kütlə indeksi (BKİ) 18,5 ilə 24 arasında gənclər üçün uyğun hesab edilsə də, 60 yaşdan yuxarı olanlar üçün optimal diapazon 25-29-dur.
Myasnikov bildirir ki, bu bədən kütlə indeksinə malik insanlar qocalıqda daha uzun yaşayırlar.
Bundan əlavə, həkim qan təzyiqinin monitorinqinin vacibliyini vurğulayıb.
Yaşlılarda yüksək qan təzyiqi adi hal kimi qəbul edilməməlidir. Belə hallarda xəstənin həyat tərzinə uyğun müalicə təyin edəcək həkimə müraciət etmək lazımdır.
Sonda Myasnikov profilaktik olaraq aspirin qəbul etməyi tövsiyə etməyib.
O izah edib ki, bu dərmanı xüsusi göstərişlər olmadan istifadə etmək daxili orqanlara mənfi təsir göstərə və gələcəkdə ümumi sağlamlığı pisləşdirə bilər.
Nazlı Almuradova