İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? -EKSPERT AÇIQLADI

14 Noyabr 2025 17:06 (UTC+04:00)

“İnternet xəbər oxumaq üçün ciddi oxu yeri deyil”. Bu sözləri SİA-ya açıqlamasında Azvision saytının rəhbəri Vüsal Məmmədov bildirib.

Onun sözlərinə görə, internet mahiyyətinə görə əyləncəli videolar, maraqlı şəkillər, yazışmalar kimi fəaliyyətlər üçün münasibdir:“Bu hər zaman belə olub. Bu tək mənim fikrim deyil. Peşəkarlar hamısı bu cür düşünür. Bunu infoqrafika şəkilində göstərəndədə, bu gün internetdə ən çox hansı məzmun paylaşılır və izlənilir, biz görürük ki, ən çox əyləncəli məzmun izlənilir. Ciddi mütaliə kontenti internetdə həddindən artıq azdır və internet onun yeri deyil. Ona görədə mən təəcüblənmirəm. Yəni mətbuat orqanları çalışırlarki, Instagram-da və ya TikTok-da oxucuya çatsınlar. Ancaq orda da yenədə öz ciddi məlumatlarını oxucuya qəbul etdirməyə nail olmayacaqlar. Oxumağın bir psixoloji tərəfidə var.

Yazını pul verib aldıqda bu insana zehni olaraq qiymətli gəlir və insan düşünür ki, pul veribsə mütləq o yazını oxumalıdır. Qəzet, kitab, onlayn ödənişli məzmun zəif olsa belə, oxucu artıq ona pul verib və düşünür ki, mən buna pul vermişəm pulumun əvəzində aldığım məzmundan fayda görməliyəm. Mütləq şəkildə həmin məzmunu oxuyur. Bu mənada ödənişli kontentin həmişə sosial şəbəkələrdə ümumiyyətlə internetdə pulsuz paylaşılan kontentin qarşısında bir üstünlüyü olacaq. Ancaq bizdə hələ o mədəniyyət yoxdur. Çünki bizdə əvvəldən o yolla gedilməyib və insanlar maddi olmayan şeyə pul vermək istəmirlər”.

Müəllif: İlkin Məmmədkərimov