Bu cür hücumlar qəbuledilməzdir - İlham Əliyev

14 Noyabr 2025 16:58 (UTC+04:00)

Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib. SİA-nın məlumatına görə, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.

Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.