Sosial ədalət hər bir cəmiyyətin davamlı inkişafının, sabitliyin və vətəndaş rifahının əsas dayaqlarından biridir. Bu prinsip həm dövlət idarəçiliyində, həm iqtisadisiyasətdə, həm də sosial münasibətlərdə bərabər imkanların təmin olunmasını nəzərdə tutur. Sosial ədalətin mövcud olduğu ölkələrdə vətəndaşlar özlərini güvəndə hiss edir, dövlətə inam güclənir, ictimai həmrəylik formalaşır və sabit gələcəyə inam artır. Müasir Azərbaycanda sosial ədalət prinsipi dövlət siyasətinin ən əsas istiqamətlərindən biri kimif ormalaşdırılıb. Bu yanaşma həm qanunvericilikdə, həmsosial proqramların icrasında, həm də iqtisadi islahatların hədəflərində öz əksini tapır. Sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin həssas qruplarının müdafiəsi, ədalətli bölüşdürmə siyasəti dövlətin əsas prioritetləri sırasındadır.Azərbaycanda sosial ədalət dövlət büdcəsinin formalaşmasında, resursların bölüşdürülməsində, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığında və əmək bazarında bərabər hüquqların təminində özünü büruzə verir. Dövlətin məqsədi yalnız sosial müdafiəni gücləndirmək deyil, həm də insan kapitalını inkişaf etdirərək hər kəsə öz potensialını reallaşdırmaq imkanı yaratmaqdır.Prezident İlham Əliyevin sosial siyasəti ölkədə sosial ədalətin təmin olunması məqsədilə davamlı, sistemli vəgenişmiqyaslı islahatları özündə birləşdirir. Son illərdə görülən işlər bu prinsipin real icrasını təmin etməkləyanaşı, həm də sosial rifahın əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Son illərdə ölkədə keçirilmiş sosial paketlər çərçivəsində milyonlarla vətəndaşın maaşı, pensiyası, müavinətləri və sosial ödənişləri artırılıb. Minimum əməkhaqqı dəfələrlə yüksəldilib, minimum pensiya məbləği regionda ən yüksək səviyyələrdən birinə çatdırılıb. Bütün bunlar sosial ədalətin təmin olunması baxımından dövlətin güclü siyasi iradəsini əksetdirir.Azərbaycanın ən böyük sosial problemlərindən biri olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin xüsusi rolu var. Onların mənzil-məişət şəraiti köklü şəkildəyaxşılaşdırılıb, müasir qəsəbələr salınıb və artıq 2020-ci ilVətən müharibəsindən sonra məcburi köçkünlərin doğmayurdlarına qayıdışı dövlət siyasətinin prioritetinə çevrilib. Bu, sosial ədalətin bərpa olunmasının ən bariznümunələrindəndir.2020-ci il Zəfərindən sonra işğaldan azadedilmiş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsindəgeniş quruculuq işləri aparılır. Bu ərazilərdə müasirinfrastruktur, sosial obyektlər, məktəb və xəstəxanalartikilir. Hədəf illərlə evindən didərgin düşmüş insanlarındoğma torpaqlarına ləyaqətlə qayıdışını təmin etməkdir. Bu proses həm tarixi ədalətin, həm də sosial ədalətinbərpası deməkdir. Azərbaycandasosial ədalət prinsipi yalnız indiki dövrün deyil, həm dəgələcək inkişaf strategiyasının əsasını təşkil edir. 2030-cu ilədək sosial rifahın yüksəldilməsi, yoxsulluq səviyyəsininminimuma endirilməsi, sosial xidmətlərin tam rəqəmsallaşdırılması və dayanıqlı inkişaf hədəfləri busahədə növbəti mərhələni formalaşdırır. Dövlətin məqsədihəm sosial müdafiəni gücləndirmək, həm də iqtisadiimkanları genişləndirərək vətəndaşlar arasında resurslarındaha ədalətli paylaşılmasını təmin etməkdir.Sosial ədalət prinsipi Azərbaycan dövlətinin əsasidarəetmə fəlsəfəsini təşkil edir. Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən sosial islahatlar bu prinsipinsözün əsl mənasında icra olunduğunu göstərir. Əhalininrifahının yüksəldilməsi, sosial xidmətlərinşəffaflaşdırılması, köçkünlərin doğma torpaqlarınaqaytarılması və əhalinin həssas qruplarının müdafiəsiölkəmizin sosial ədalətə verdiyi böyük önəmin bariz nümunələridir.
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri