Azərbaycanı İslamiadada 3 paralimpiyaçı təmsil edəcək

14 Noyabr 2025 15:24 (UTC+04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 3 paralimpiyaçısı mübarizə aparacaq. Milli Paralimpiya Komitəsindən SİA-ya bildirilib ki, paraatletikanın nüvə itələmə və disk atma növlərində Samir Nəbiyev F57 kateqoriyasında gücünü sınayacaq. Parapauerliftinqdə isə Ceyhun Mahmudov ilə Zəhra Dadaşova yüngül çəki kateqoriyasında çıxış edəcəklər.

Yarışlar noyabrın 17-21-də təşkil olunacaq.