Rusiyanın Qara dənizdəki ən böyük terminalı işləmir...

14 Noyabr 2025 20:04 (UTC+04:00)

...Vəziyyətlə tanış olan iki mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, Rusiyanın boru kəməri inhisarı olan “Transneft” şirkəti Novorossiysk limanına neft nəqlini dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə moscowtimes.ru yazır.

“Transneft” şərh verməkdən imtina edib. Mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, Qara dənizdəki Novorossiysk limanı 14 noyabrda dron hücumundan sonra neftin qəbulunu və ixracını dayandırıb.

Krasnodar diyarının xüsusi təyinatlı qüvvələrinin məlumatına görə, 14 noyabr gecəsi Qara dənizdəki Novorossiyskin Şesxaris neft daşıma kompleksindəki neft anbarı və qurudakı qurğular pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində zərər görüb.

Əli Babayev