Azərbaycan milli komandasının noyabrın 16-da Fransa yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb. SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşün baş hakimi latviyalı Andris Treimanis olacaq. Ona Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitalis Spasonnikovs yerinə yetirəcək.
VAR-da niderlandlı Kley Ruperti, köməkçisi isə latviyalı Kristaps Ratnieks olacaq.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.