“Napoli”-“Qarabağ” oyunu üçün biletlər bu gün satışa çıxarılır

14 Noyabr 2025 14:15 (UTC+04:00)

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçı üçün biletlər satışa çıxarılır. Klubdan SİA-ya verilən məlumata görə, “Dieqo Armando Maradona" stadionunda Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti: 110 AZN.

Vauçerlər ilkin olaraq “iTicket.az”dan əldə ediləcək. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına “iTicket.az”ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

Azarkeşlərimiz üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.

Qeyd edək ki, "Napoli"-"Qarabağ" oyunu noyabrın 26-sı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.