Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 513 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 964 milyon manat, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib.
Bu ilin on ayında 133 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 854 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.