ADY Abşeron dairəvi dəmir yolu ilə səfər edən sərnişinlərə müraciət edib

14 Noyabr 2025 09:36 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu ilə səfər edən sərnişinlərə müraciət edib. “ADY”dən SİA-ya verilən məlumata görə, qatarlarda başqaları üçün yer saxlamaq, bu məqsədlə həmin yerə əşya qoyaraq onu məşğul etmək digər sərnişinlərin hüququnu pozur.

“Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş yerdə oturmaq hüququ var”, - müraciətdə qeyd olunur.