"NYMEX" əmtəə birjasında təbii qaz bahalaşır

14 Noyabr 2025 09:13 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,78% artaraq 4,626 ABŞ dolları təşkil edib.