"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 1,43% artaraq 1 barelə görə 63,91 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,57% artaraq 59,61 ABŞ dollarına bərabər olub.