Pentaqon F-35-lərin Ər-Riyada tədarükündən narahatdır

14 Noyabr 2025 05:45 (UTC+04:00)

Pentaqon hesab edir ki, F-35 qırıcılarının Səudiyyə Ərəbistanına mümkün satışı həssas texnologiyanın Çinə sızması riskini daşıyır. SİA xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası və Səudiyyə Ərəbistanı Vaşinqtona Ər-Riyada 48 ədəd F-35 qırıcısının tədarükünü təmin edəcək razılaşma üzərində işləyir. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi potensial texnologiya sızmalarından narahatlığını ifadə edib. Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış hesabatda qeyd olunur ki, F-35 müqaviləsi bağlanarsa, Çin və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlıq, eləcə də Pekinin kəşfiyyat fəaliyyətləri potensial təhlükə yarada bilər.

Noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək və burada ABŞ Prezidenti Donald Trampla görüşəcək.