Ronaldodan üzücü xəbər

14 Noyabr 2025 01:46 (UTC+04:00)

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İrlandiya Respublikası ilə səfər oyununda birbaşa qırmızı vərəqə alıb. SİA xəbər verir ki, matçın 61-ci dəqiqəsində Ronaldo rəqib müdafiəçisi Dara O’Şiyə dirsəklə zərbə endirdiyi üçün meydandan qovulub. Hadisə baş verdiyi anda İrlandiya yığması 2:0 hesabı ilə önündə idi.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.