Riçard Gir İspaniyada yaşamağı niyə sevdiyini bölüşüb...

14 Noyabr 2025 00:34 (UTC+04:00)

...Amerikalı aktyor Riçard Gir həyat yoldaşı Alejandra Silva ilə İspaniyadakı həyatı haqqında səmimi danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə People yazır.

76 yaşlı aktyorun sözlərinə görə, yeni həyatının əsas üstünlüyü həyat yoldaşının xoşbəxtliyidir.

...Həyat yoldaşım İspaniyada çox xoşbəxtdir - bu, oradakı həyatımızın ən yaxşı tərəfidir. Onun gözəl ailəsi və dostları var, - deyə Gir paylaşıb.

Aktyor qeyd edib ki, o, İspan mədəniyyətinin açıq və şən atmosferini sevir.

...İspanlar amerikalılardan daha istiqanlı, mehribandırlar və daha az stresslidirlər, - deyə o, əlavə edib və xüsusilə yerli yeməklərdən, həyat tərzindən zövq aldığını əlavə edib. Lakin, İspaniyaya olan sevgisinə baxmayaraq, Gir Nyu-Yorkun enerjisi üçün darıxdığını da etiraf edib.

...Əlbəttə ki, bu, yoluxucudur", - “Gözəl qadın”ın ulduzu etiraf edib.

Əvvəllər Gir həyat yoldaşı və uşaqları - oğulları Aleksandr (5), Ceyms (4) və ögey oğlu Albert (11) ilə Avropaya köçdükdən sonra yeni "harmoniya və məmnunluq" hissi tapdığını bildirib.

Xatırladaq ki, Gir və Silva 2014-cü ildə İtaliyada tanış olublar və 2018-ci ildə evləniblər. Alejandranın sözlərinə görə, onları "keçmiş həyat karması" və ortaq dəyərlər birləşdirir.

...Sanki bir-birimizi əbədi tanıyırıq. Bu, ömürdə yalnız bir dəfə olur, - deyə o bildirib.

Nazlı Almuradova