Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) elan edilməsinin 42-ci ildönümü münasibətilə rəsmi tədbir keçirilir. SİA xəbər verir ki, mərasim Türkiyə təyyarəsi qəzası zamanı həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə rəsmi şəxslər, diplomatik korpus nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak edirlər.
Mərasimdə Şimali Kipr Türk Cümhuriyyətinin yaranma tarixi, müstəqillik mübarizəsi, həmçinin qardaş Türkiyə ilə dostluq və həmrəylik əlaqələrinin əhəmiyyəti vurğulanır. Tədbir çərçivəsində çıxışlar, təqdimatlar və mədəni proqramlar da nəzərdə tutulub.