Zaqreb Qran-Prisində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

13 Noyabr 2025 18:50 (UTC+04:00)

Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.

SİA xəbər verir ki, püşkatmanın nəticələrinə görə, cüdoçularımızın ilk rəqibləri bəlli olub.

Kişilər

-60 kq, 1/16 final

Murad Muradlı – Qal Blaziç (Sloveniya)

-60 kq, 1/8 final

Hüseyn Allahyarov – Marton Andrasi (Macarıstan)

-66 kq, 1/16 final

İslam Rəhimov – Xoakin Tovalyari (Argentina)

Nazir Talıbov – Alexandro Moral Navarro (İspaniya)

-73 kq, 1/32 final

İbrahim Əliyev – İtan Nern (Böyük Britaniya)

Rüfət Şövlətov – Aron Sabo (Macarıstan)

-81 kq, 1/16 final

Vüsal Qələndərzadə – Dominik Rodriqez (ABŞ)

-90 kq, 1/16 final

Aslan Kotsoyev – Aleks Kret (Rumıniya)

Vüqar Talıbov – Yosip Buliç (Xorvatiya)

-100 kq, 1/16 final

Əjdər Bağırov – Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final

Camal Qamzatxanov – Con Messe A Bessonq (Kanada) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə

Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan)

Qadınlar

-48 kq, 1/8 final

Könül Əliyeva – Nevena Miliç (Serbiya)

-52 kq, 1/16 final

Gültac Məmmədəliyeva – Qabriela Dimitrova (Bolqarıstan)

-52 kq, 1/8 final

Aydan Vəliyeva – Maşa Slavineç (Sloveniya)

Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 48 ölkədən 370 cüdoçu iştirak edəcək.