Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Cem Akpınar müəyyən müddətə futboldan uzaqlaşdırıblar. SİA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər.
Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər.
Qeyd edək ki, Azərbaycanın əsas millisinin sabiq futbolçusu Mert Çelik də eyni səbəbdən 45 günlük futboldan kənarlaşdırılıb.