Mərkəzi Gömrük Hospitalında birinci kurs həkim-rezidentlərin praktik təhsili davam edir

13 Noyabr 2025 17:12 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının klinik bazasında rezidentura təhsili alan birinci kurs həkim-rezidentlər öz seçdikləri ixtisaslar – ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, kardiologiya, radiologiya, anesteziologiya, fizioterapiya, urologiya, laboratoriya, travmatologiya və pediatriya üzrə bilik və bacarıqlarını təkmilləşdirir, klinik təcrübələrini genişləndirirlər. Tədris prosesi Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkimi, t.e.d. Bəxtiyar Musayevin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d, ürək-damar cərrahı Rəşad Mahmudovun, şöbə rəislərinin, ixtisas kuratorlarının və həkimlərin peşəkar rəhbərliyi altında həyata keçirilir. Rezidentlər müasir tibbi avadanlıqlarla işləmək, beynəlxalq klinik protokollar əsasında qərarlar qəbul etmək, diaqnostika və müalicə prosesində iştirak etməklə nəzəri biliklərini praktik təcrübə ilə birləşdirirlər.
Hazırda Mərkəzi Gömrük Hospitalında həkim-rezidentlər Ümumi Cərrahiyyə şöbəsində, Ürək-Damar Cərrahiyyəsi, Mama-ginekologiya, Kardiologiya, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya, Laboratoriya, Travmatologiya və Ortopediya, Pediatriya, Radiologiya, Fizioterapiya, Urologiya və Poliklinika şöbələrində fəaliyyət göstərərək, müasir tibbin tələblərinə uyğun bilik və bacarıqlarını təkmilləşdirir, peşəkar inkişaf yolunda mühüm addımlar atırlar. Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim heyəti və kuratorlarının rəhbərliyi ilə həyata keçirilən bu təhsil prosesi həkim-rezidentlərin peşəkar inkişafına, klinik düşüncə tərzinin formalaşmasına və gələcəkdə ölkəmizdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək yüksək ixtisaslı kadrlar kimi yetişmələrinə zəmin yaradır.
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan birinci kurs həkim-rezidentləri təbrik edir, onların gələcək peşəkar fəaliyyətlərində uğurlar, daim yüksəliş və nailiyyətlər arzulayırıq!

Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi Dilarə Zamanova