...2025-ci ilin oktyabr ayında Rusiya bazarında Minsk Avtomobil Zavodundan (MAZ) 335 yeni yük maşını satılıb ki, bu da ASM Holding (Rusiya) tərəfindən aparılan araşdırmaya görə, 2024-cü ilin eyni ayı ilə müqayisədə (585) 42,7 faiz azdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Pozirk” yazır.
Mütəxəssislərin fikrincə, ötən ay MAZ məhsulları Rusiya avtomobil bazarının bu seqmentində ən çox satılan brendlər arasında altıncı yerdə qərarlaşıb (yanvar, fevral və mart aylarında şirkət altıncı yerdə idi; apreldə beşinci və ya altıncı yerdə idi; mayda dördüncü yerdə idi; iyun, iyul və avqust aylarında yeddinci yerdə idi; sentyabrda isə beşinci yerdə idi).
Onun bazar payı 5,2 faiz (sentyabrda 5 faiz) təşkil edib. Ətraflı məlumat Hesabat ayında ən çox satılanlar 1675 ədəd (2024-cü ilin oktyabr ayı ilə müqayisədə -34,1 faiz) KAMAZ, 1182 ədəd (-39,7 faiz) ilə SITRAK və 574 ədəd (-48,2 faiz) ilə FAW olub.
2025-ci ilin ilk on ayında Belarus şirkəti Rusiya bazarında 2595 yük maşını satıb (4680; -44,6 faiz, 1,8 dəfə azalma). 2024-cü ildə MAZ Rusiyada bu texnikanın 5719 ədədini satıb (2023-cü ildə 6406; -10,7 faiz).
2024-cü ilin sonuna satış üzrə liderlərin ilk beşliyi bunlar olub:
-KAMAZ (23121; 2023-cü il satışları ilə müqayisədə -26,5 faiz),
-SITRAK (19376; -19,2 faiz),
-Shacman (15545; -25,6 faiz),
-FAW (11680; -26,3 faiz),
-Dongfeng (9990; 2,1 dəfə artım).
Əli Babayev