AFFA İntizam Komitəsi bölgə təmsilçisini yarışlardan kənarlaşdırıb

13 Noyabr 2025 15:31 (UTC+04:00)

AFFA U-12 Liqasında çıxış edən Ağsunun "Difai" komandası yarışlardan kənarlaşdırılıb. SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna bölgə təmsilçisinin "Kürdəmir"lə oyunda təyin olunan vaxtda meydana çıxmaması səbəb olub.

"Difai" kollektivi üçüncü dəfədir matça gəlmədiyi üçün yarışlardan uzaqlaşdırılıb.