Dövlət Komitəsinin sədri Naftalanda vətəndaşların müraciətlərini dinləyəcək

13 Noyabr 2025 15:16 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova noyabrın 14-də saat 10:00-da Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərinin müraciətlərinə baxılacaq.