Azərbaycanda dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 22 %-dən çox artıb

13 Noyabr 2025 14:54 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 38,6 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 % çoxdur.

İcarə daxilolmaları proqnozdan 32,6 % çox icra edilib.

Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 83,9 %-i təmin olunub.