Azərbaycanın stolüstü tennisçiləri İslamiadada daha bir mükafat qazanıblar

13 Noyabr 2025 14:15 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. SİA xəbər verir ki, milli komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda yarışın bürünc mükafatına layiq görülüb.