Xidmətlər Zərfinin hazırlanması ilə bağlı müraciət edilib

13 Noyabr 2025 12:57 (UTC+04:00)

Azərbaycanda Kök Hüceyrə Bankının yaradılması istiqamətində işlər davam edir. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ildə 10 min Azərbaycan vətəndaşının genetik analizlərinin aparılmasını nəzərdə tutan Xidmətlər Zərfinin hazırlanması və həmin analizlərin Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı müraciət ünvanlayıb. Bu addım Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin müraciəti əsasında atılıb. Genetik analizlərin Xidmətlər Zərfinə salınması təsdiqləndiyi təqdirdə, Kök Hüceyrə Bankının formalaşdırılmasına başlanılacağı bildirilib.