Stolüstü tennisçilər İslamiadada daha bir mükafat qazanıblar

13 Noyabr 2025 12:56 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. SİA xəbər verir ki, seçmə komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar. Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülüb.