“Sabah”ın futbolçusu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq

13 Noyabr 2025 12:17 (UTC+04:00)

“Sabah”ın İspaniyada əməliyyat olunan futbolçusu Pavol Şafrankonun son durumu məlum olub. SİA-nın əldə etdiyi məlumata görə, slovakiyalı hücumçu ən azı bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu cür zədələr kifayət qədər ciddi sayıldığı üçün dəqiq müddət onun müalicə prosesini və reabilitasiya dövrünü necə keçirməsindən asılı olacaq.

Qeyd edək ki, 30 yaşlı oyunçu diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat olunub.