Gələn il üçün ailə, qadın və uşaq məsələləri üzrə 11,3 milyon manat vəsait nəzərdə tutulur - Nazir müavini

13 Noyabr 2025 11:59 (UTC+04:00)

2026-cı il üçün ailə, qadın və uşaq məsələləri üzrə xərclərin qarşılanması məqsədilə 11,3 milyon manat məbləğində vəsait nəzərdə tutulur. SİA xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu vəsaitin 7,4 milyon manatı məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və pedaqoji işin təşkili, həmçinin uşaq və ailələrə dəstəklə bağlı tədbirlər üçündür. Onun sözlərinə görə, bu istiqamətdə xərclər son beş il ərzində 3,5 dəfə artıb. Həmçinin növbəti ildə fəaliyyətə başlanması nəzərdə tutulan Fizuli, Qazax, Şamaxı Uşaq və Ailələrə Dəstək mərkəzlərinin maliyyələşdirilməsi məqsədilə büdcədə 604 min manat əlavə vəsait nəzərdə tutulur.