Yalnız bir rayon büdcədən yardım alacaq - Musa Qasımlı

13 Noyabr 2025 11:39 (UTC+04:00)

Gələn il dövlət büdcəsindən maliyyə yardımı almayan rayonların sayının artması müsbət hal olub, inkişafa gətirəcəkdir. 2022-ci ildə dövlət büdcəsindən yardım alan rayonların sayı əgər 14 idisə, gələn il yalnız 1 – Xocavənd rayonu olacaqdır. SİA xəbər verir ki, bunu vitse-spiker Musa Qasımlı parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Musa Qasımlı vurğulayıb ki, dünən Prezident İlham Əliyevin yeni təyin etdiyi icra başçılarına xırda və orta sahibkarlığa şəraitin yaradılmasıına dair verdiyi tapşırıqlar da bu baxımdan əhəmiyyətlidir.