Tatlısəsin sərvəti əldən gedir

13 Noyabr 2025 11:29 (UTC+04:00)

İbrahim Tatlıses və oğlu Ahmet Tatlıses arasındakı məhkəmə prosesi davam edir. SİA xəbər verir ki, bu barədə Ahmet Tatlısesin vəkili Türkiyə mətbuatına açıqlama verib.

Vəkil məhkəmənin İbrahim Tatlısesin xeyrinə yekunlaşdığı barədə yayılan iddiaları təkzib edib:

"Proses hələ də davam edir. İbrahim Tatlıses aktivlərini düzgün idarə etmir, qumar asılılığı var və ictimai təhlükəsizliyə risk yaradır. Buna görə də, o, qəyyumluq altına alınmalıdır. Bu proses zamanı İbrahim Tatlısesin şəxsi aktivlərinə və şirkətlərinə qarşı qadağalar qüvvədə qalır. Məhkəmənin növbəti iclası 30 yanvar 2026-cı il tarixinə təyin edilib".

Qeyd edək ki, Ahmet Tatlıses bir müddət əvvəl atasının ruhi vəziyyətindən şübhələnərək və yaşanan gərginliyi əsas gətirərək məhkəməyə müraciət etmiş və İbrahim Tatlısesə qəyyum təyin olunması üçün iddia qaldırmışdı.