Bakı metrosunun "Nərimanov" stansiyasının çıxışında təmir işləri aparılır - FOTOLAR

13 Noyabr 2025 11:13 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC "Nərimanov" stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlayıb. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələri xahiş olunur.

İşlərin noyabrın sonuna qədər tamamlanması nəzərdə tutulur.