"Sabah"ın hücumçusu əməliyyat olunub

13 Noyabr 2025 10:54 (UTC+04:00)

"Sabah"ın futbolçusu Pavol Şafranko əməliyyat olunub. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat keçirib.

İspaniyadakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.