Noyabrın 13-də Azərbaycan Milli Antodopinq Agentliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş beynəlxalq konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ümumdünya Antidopinq Agentliyi (WADA), Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri tədbir iştirakçılarını salamlayaraq, tədbirin mahiyyəti haqqında çıxış ediblər.
Daha sonra isə tədbir panel çıxışları ilə davam edib. İlk panelin mövzusu "Konstitusiyanın Qəbul Olunmasının 30 İli - Ədalət və Dürüst Yarış" mövzusuna həsr olub. Panelə onlyan şəkildə qatılan çıxışçı Sneza Samardziç-Markoviç (idmançılar üzrə insan hüquqları üzrə müstəqil olmaq mövzusunda çıxış edib.
Daha sonra "2027-ci il Ümumdünya Antidopinq Proqramı layihəsində idmançıların hüququ mövzusunda təqdimat baş tutub.