Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan PartiyasıNizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya vəSuverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününün30 illiyi münasibətilə “Ümummilli Lider Heydər Əliyevmüstəqil Azərbaycan Respublikasının Konstitusiyasınınmüəllifidir” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstüönünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yadediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiilə başlayan tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı CoşqunCəbrayılov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvüTahir Mirkişili, deputatlar Bəhruz Məhərrəmov, PərvanəVəliyeva, Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli, Nizami rayon prokuroru Pərviz İbayev, Nizami Rayon Polisİdarəsinin rəisi Ziya Əliyev, Keşlə “Şah Abbas” məscidininimamı Sirac Səfərov və YAP Nizami rayon təşkilatının sədriRamil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsiilə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqilAzərbaycanın ilk Konstitusiyası qəbul olunub. 30 illikyubileyini qeyd etdiyimiz Azərbaycan Konstitusiyası ölkəmizdəgenişmiqyaslı qanunvericilik və institusional islahatların əsasınıtəşkil etməklə dövlətimizin müstəqilliyinin, suverenliyinin vəərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlətquruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünyaölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığıntəmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçünmühüm qanunvericilik bazası rolunu oynayıb. Bu, ölkənin ilkmüstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi vədünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur.
Bildirilib ki, ilk Konstitusiyanın milli dövlətçilik tarixindəmüstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevtərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasənhər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeydedilir.
Vurğulanıb ki, Konstitusiyamızda Azərbaycanın dövlətmüstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıbaşlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin ErmənistanınAzərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması AzərbaycanRespublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinəimkan verməyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdriksiyasəti, sərkərdəlik məharəti, hərbi-siyasi diplomatiyası vəAzərbaycan Ordusunun şücayəti sayəsində Vətən müharibəsindəqazanılmış tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsindəölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradanqaldırıldığı bütün ərazilərdə bərqərar olub.
Diqqətə çatrıdılıb ki, 2025-ci ildə Konstitusiyamızın qəbuledilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümlərini nəzərə alaraq Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il AzərbaycanRespublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarının daha dərindən dərk edilməsi, gələcək nəsillərə ötürülməsi və eyni zamanda Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün xüsusi əhəmiyyət daşıyan tarixi bir qərardır.