Nyu-York birjasında təbii qazın qiyməti azalıb

13 Noyabr 2025 09:23 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,4% azalaraq 4,516 ABŞ dolları təşkil edib.