Dünya bazarlarında neftin ucuzlaşması davam edir

13 Noyabr 2025 09:20 (UTC+04:00)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,06% azalaraq 1 barelə görə 62,67 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,12% azalaraq 58,42 ABŞ dollarına bərabər olub.