Maştağanın bir hissəsində işıq olmayacaq

13 Noyabr 2025 09:19 (UTC+04:00)

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. "Azərişıq"dan SİA-ya verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 13 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada elektrik avadanlıqlarında təmir-təftiş və laboratoriya sınaq işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan 11:30-dək Maştağa qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.