Azərbaycan millisi seçmə mərhələdə bu gün İslandiya ilə üz-üzə gələcək - DÇ-2026

13 Noyabr 2025 09:02 (UTC+04:00)

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək. SİA-nın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.

8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.