"Avro-2028”in finalı bu stadionda olacaq

13 Noyabr 2025 06:23 (UTC+04:00)

"Avro-2028” futbol çempionatının açılış matçı Uelsin paytaxtı Kardiffdə baş tutacaq. SİA-nın məlumatına görə, turnirin yarımfinal və final qarşılaşmaları Londondakı “Uembli” stadionunda oynanılacaq. Ümumilikdə İngiltərə, Şotlandiya, Uels və İrlandiya Respublikasının ev sahibliyi edəcəyi çempionatda 24 komanda mübarizə aparacaq.

Əvvəlcə Şimali İrlandiyanın paytaxtı Belfastda yerləşən “Casement Park” stadionunun da oyunlara ev sahibliyi etməsi planlaşdırılsa da, maliyyə problemlərinə görə bu arena siyahıdan çıxarılıb. UEFA-nın rəsmi qərarına əsasən, “Avro-2028”in açılış oyununun Kardiffdə keçirilməsi rəsmiləşib. Qeyd edək ki, əvvəlki Avropa çempionatlarından fərqli olaraq, 2028-ci il turnirinin ev sahibləri — İngiltərə, Şotlandiya, Uels və İrlandiya Respublikası — yarışda iştirak etmək üçün seçmə mərhələdən keçməli olacaqlar.