Top-5 liqada ən sürətli 10 futbolçu - SİYAHI

13 Noyabr 2025 07:21 (UTC+04:00)

"Mançester Siti”nin hücumçusu Erlinq Haaland bir matçda 34,5 km/saat (21,1 mil/saat) sürətə çataraq, Avropanın top-beş liqasının ən sürətli oyunçuları siyahısına daxil olub. SİA xəbər verir ki, bu barədə “TransferRoom” və “Gradient Sports”un birgə araşdırmasında deyilir.

“Rayo Valyekano”nun müdafiəçisi Andrey Ratsiu (21,1 mil) birinci yeri tutub (21,1 mil).

Avropanın top-5 liqasının ən sürətli 10 futbolçusunun tam siyahısı belədir:

Andrey Ratsiu (“Rayo Valyekano”) – 34,7 km/saat.

Raul Bellanova (“İnter”) – 34,6 km/saat.

Pedro Neto (“Çelsi”) – 34,6 km/saat.

Cekson Tçatçua (“Vulverhempton”) – 34,5 km/saat.

Erlinq Haaland (“Mançester Siti”) – 34,5 km/saat.

Matias Fernandes (“Lill”) – 34,4 km/saat.

Vinisius Junior (“Real”) – 34,4 km/saat.

Yankuba Minte (“Brayton”) – 34,2 km/saat.

Entoni Qordon (“Nyukasl”) – 34,2 km/saat.

Xavi Rueda (“Selta”) – 33,9 km/saat.