Cazibədar aktrisa əqli sağlamlıq problemi olduğunu etiraf etdi

13 Noyabr 2025 07:18 (UTC+04:00)

Aktrisa Qvinet Peltrou əqli sağlamlıq problemi olduğunu açıqlayıb. SİA xəbər verir ki, 53 yaşlı ulduz DEHB (diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu - red.) simptomları olduğunu bildirib. "Düşünürəm ki, məndə DEHB var. Bu cür hisslərdən xilas olmağa və gün ərzində daha inamlı hiss etməyə çalışmaq istərdim", -aktrisa söyləyib. O əlavə edib ki, bu vəziyyətə gəlməsində üzləşdiyi tənqidlər və menopozla əlaqəli hormonal dəyişikliklər təsir göstərib. "Hələ də normal yatıram, amma bəzən səhər oyananda qorxudan boğuluram", - deyə Peltrou narahatlığından şikayətlənib.