Çin şirkəti Mərakeşdə 150 milyon dollarlıq zavod tikir

13 Noyabr 2025 03:57 (UTC+04:00)

Çinin metallurgiya sənayesində ixtisaslaşmış “Ningbo Boway Alloy Material” şirkəti 150 milyon dollarlıq yeni istehsal müəssisəsi qurmaq üçün Mərakeş Krallığını seçib. SİA “Akhbarona” qəzetinə istinadla xəbər verir ki, bu zavod Nador bölgəsində 188 min kvadratmetrdən çox ərazidə inşa ediləcək. Burada batareyalar, elektrik transformatorları, naqil mühafizə sistemləri və termorezistorların istehsalında istifadə olunan ildə təxminən 30 min ton xüsusi metal lövhələr istehsal edəcək. Məhsulun böyük hissəsi Avropa və Amerika bazarlarına yönəldiləcək. Tikinti işlərinə 2026-cı ilin oktyabrında başlanması, sənaye müəssisəsinin isə 2029-cu ildə tamamlanması planlaşdırılır.

Çin şirkəti əvvəlcə layihəni Vyetnamda həyata keçirməyi planlaşdırırdı, lakin sonda Avropa ilə Afrikanı birləşdirən strateji yeri, eləcə də investisiya sabitliyi, ixtisaslı infrastrukturu və rəqabətli limanları səbəbindən Mərakeşi seçdi.