Messi "Barselona"ya qayıdır?

12 Noyabr 2025 16:19 (UTC+04:00)

“Barselona”nın prezidenti Xuan Laporta “İnter Mayami”nin hücumçusu, Kataloniya klubunun sabiq futbolçusu Lionel Messinin vəziyyəti ilə bağlı fikirlərini bildirib. SİA xəbər verir ki, funksioner argentinalı ulduzun komandaya qayıdacağı barədə iddiaları cavablandırıb: “Hadisələr planlaşdırdığımız kimi getmədi. Əgər hörmətin nümayişi keçmişdə buraxılanları müəyyən qədər kompensasiya edə biləcəksə, bu, düzgün addım olardı. Messinin oyunçu kimi kluba qayıtması ilə bağlı söhbətlər isə hazırda yersizdir”.

Lionel Messi 2003–2021-ci illərdə “Barselona”nın heyətində çıxış edib. Bu müddətdə o, 778 oyunda 672 qol vurub və 303 məhsuldar ötürmə edib.