Xaricə üz tutan gənclərin sayı niyə durmadan artır? -SOSİOLOQ AÇIQLADI

12 Noyabr 2025 15:58 (UTC+04:00)

“Son dövrlər gənclərin həm ali təhsil almaq, həm də işləmək üçün xarici ölkələrə üztutma dinamikasında sürətli artım var”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Rəşad Əsgərov bildirib.

Onun sözlərinə görə, gənclər ölkədə ali təhsil aldıqdan sonra iş tapmaqda çətinlik çəkirlər: “Gənclərin tapdıqları işlərdə isə əmək haqqı çox aşağıdır. Ona görə də gənclər daha çox Şərqi Avropa ölkələrinə üz tuturlar. Yəni daha çox Macarıstan, Polşa, Ruminiya, Çexiya kimi ölkələrə gedirlər. Bu ölkələrdə Azərbaycanla müqayisədə əmək haqqı 5-10 dəfə artıqdır. Şərqi Avropa ölkələrində gənclər özlərinə daha yaxşı şərait və karyera qura bilirlər. Xaricə gedən vətəndaşlarımız öz yaxınlarınıda getdikləri ölkəyə gəlməsi üçün cəlb edirlər. Yüksək bilikli gənclərimiz isə daha çox Qərbi Avropa və ABŞ kimi ölkələri seçirlər. Bütün bu amillər təbiiki xaricə üz tutan vətəndaşlarımızın sayının artmasına səbəb olur.

Qərbi Avropa ölkərində və ABŞ-da təbii ki əməkhaqqı daha yüksəkdir. Həmçinin təhsil keyfiyyəti də daha yüksəkdir. Ona görə də Böyük Britaniya, ABŞ kimi ölkələr gənclər üçün daha əvəzolunmaz ölkələrdir. Qərb ölkələrində xüsusi ilə miqrantlar üçün iş imkanları çoxdur. Ona görə də vətəndaşlarımız Qərb ölkələrinə daha çox miqrant kimi getməyə üstünlük verirlər. Qərb ölkələrində elə işlər varki, o işlərdə ancaq miqrantları çalışdırırlar”.

Müəllif: İlkin Məmmədkərimov