Putinin Hindistana səfər tarixi açıqlandı

12 Noyabr 2025 14:22 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin dekabrın 5-də Hindistana səfər edəcək. SİA Rusiya mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Putinin Rusiya-Hindistan Forumunda iştirak edəcəyi gözlənilir.

Forumda iki ölkə arasındakı əməkdaşlığın müxtəlif istiqamətlərinə həsr olunmuş bir sıra panel müzakirələr həyata keçiriləcək. Xatırladaq ki, daha əvvəl Hindistanın Baş naziri Narendra Modi Rusiya liderini ölkəsinə səfərə dəvət etmişdi. Putin isə dəvəti qəbul etmişdi.