ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

12 Noyabr 2025 14:17 (UTC+04:00)

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun noyabrın 21-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi noyabrın 28-nə dəyişdirilib. ADSEA-dan SİA-ya bildirilib ki, vətəndaş görüşü Yevlax rayonu və Mingəçevir şəhərinin sakinləri üçün nəzərdə tutulub.