Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.