Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

12 Noyabr 2025 13:42 (UTC+04:00)

Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.