Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

12 Noyabr 2025 12:57 (UTC+04:00)

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Digər sərəncamla Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub.