İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

12 Noyabr 2025 12:26 (UTC+04:00)

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun noyabrın 14-də Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.